ATƏT sədri: “Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri…”

“Prosesi çox yaxından izləyirəm”.

APA TV-nin məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirərkən deyib: “Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. İki ölkə arasında jurnalistlərin qarşılıqlı səfərləri müsbət haldır. Bu, iki ölkə arasında etimadı, inamı artırır, atmosferi mülayimləşdirir və gərginliyi azaldır. İnanıram ki, bu səfər siyasi şəraiti yaxşılaşdıracaq. Ümid edirəm ki, Slovakiyanın sədrliyi münaqişənin həllinə töhfəsini verəcək”.

Bu arada Bakıda Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışı olub.

Avropalı nazir yaxın gələcəkdə Azərbaycanın Slovakiyada səfirliyinin açılmasının əlaqələrə stimul verəcəyini deyib.

Müəllif | Apa.Tv
Apa.tv