ATƏT sədri Ermənistanın taxribatı haqqında: “Biz insanlarımızı qoruya bilərik”
“Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşma ilə bağlı xəbər aldım. Mən dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm”.
Bunu Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. O, Azərbaycan və Ermənistanı de-eskalasiyaya çağırıb:
ATƏT-in çətin dövründə sədrlik etdiyini bildirən Buyar Osmani bildirib ki, təşkilat öz potensialı və resurslarından istifadə edərək təhlükəsizliyi təmin etməlidir.
Mina təhlükəsi ilə bağlı gələcəkdə təşəbbüslər formalaşdırılacağını da bildirən Şimali Makedoniyanın xarici işlər naziri vurğulayıb ki, təşkilat Skopyedə və Vyanada lazımi layihələri inkişaf etdirərək region üçün minatəmizləmə işləri, mina təhlükəsi xəbərdarlığı ilə bağlı dəstək verə bilər. Bu, razılaşdığımız məqamlardan biridir, bununla bağlı gələcəkdə təşəbbüslər formalaşdıracağıq”, - deyə Buyar Osmani əlavə edib.