17:17 23 sentyabr 2022 521
Ana səhifə Xəbərlər

ATV-nin aparıcısı göz yaşı içində yardım istədi

Aparıcı Raksana İmirin maşınına hücum edilib. Bu baradə o instagram hesabında paylaşım edib. Aparıcı  həmin qadının şair olduğunu və Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu bildirib.

 

Aparıcı Fatimə Vəfa adlı bu qadının şəkillərini paylaşaraq "yazıçıların adına ləkə", "bu gün mənə bunu yaşadan "sənət adamı" guya şairədir", "təbiyəsiz, əxlaqsız", "qadınların üz qarası" və s. ifadələrini yazıb. 

 

Azərbaycan Yazıçılar Birliyindən isə APA TV-yə bildirildi ki, qurumun Fatimə Vəfa adlı üzvü yoxdur.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məsələdən məlumatlı olduqlarını və araşdırma aparıldığını bildirdi.

 

Qeyd edək ki, Raqsanə İmir "ATV" kanalında çalışır.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın