AVCİYA: Nöqsanlar seçkilərin ümumi nəticələrinə təsir etməyib

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə növbədənkənar seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, namizədlər və müşahidələr üçün yaradılmış münbit şərait ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verib.

 

Assosiasiya hesab edir ki, seçki günü bəzi məntəqələrdə bir sıra çatışmazlıqlar qeydə alınsa da, bu cür cüzi nöqsanlar seçkilərin ümumi nəticələrinə təsir etməyib.

Müəllif | Apa.Tv
Apa.tv