Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxildir.
Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova avqustun 4-dən etibarən Milli Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı sərəncam imzalayıb.