Avropa niyə təhlükəli qitəyə çevrilir? Miqrantlar üçün təhlükəsiz ölkələr hansılardır?
Sovet İttifaqının süqutu milyonlarla insanın Qərbə yönəlməsinə səbəb oldu. SSRİ-nin çöküşü yaranamış yeni ölkələrdə dərin iqtisadi, sosial, siyasi problemlər çıxardı. Ona görə bəzi insanlar Qərbdə qərib olmağı üstün bildi. Bu gün isə yaranmış geosiyasi vəziyyət həmin miqrantları yenidən miqrant olmağa məcbur edir desək yanılmarıq. Mediada dərc olunan məlumata görə, iyunun 18-də ən azı 882 qeyri-qanuni miqrant La-Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya gəlib. Britaniyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu, ilin əvvəlindən bəri gündəlik rekord olub. Mütləq anti-rekord isə 2022-ci il noyabrın 29-da qeydə alınıb. Həmin gün Britaniya sahillərinə qeyri-qanuni yolla 947 mühacir çatıb. Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, bu dəfə miqrantlar 15 hava qayığından istifadə ediblər, yəni qayıqlardan hər biri orta hesabla 59 nəfər daşıyıb. O da bildirilib ki, ilin əvvəlindən La-Manş boğazını qanunsuz keçənlərin sayı 12313 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Ekspertlər iddia edir ki, bu say daha da artacaq. Son günlər Avropadakı miqrantların Amerika, Kanada, Latın Amerikası, Asiya ölkələrinə qaçması ilə bağlı yayılan xəbərlər də bunu deməyə əsas verir. Bəs görəsən bu gün miqrantlar niyə Avropa Birliyi ölkələrini tərk edirlər, bunun səbəbi nədir? İqtisadçıların fikrincə bunun başlıca səbəbi avronun dəyərdən düşməsidir. Bəli, heç şübhəsiz ki, tənəzzülə doğru istiqamətlənən Avropa iqtisadiyyatı daha çox miqrantların ölkədən qaçışına zəmin yaradır. Politoloqlar da hesab edir ki, iqtisadi vəziyyətin gərgin olması fonunda, həm də siyasi və hərbi səbəblər var. Samir Hümbətov onu da əlavə edib ki, bu gün dünyanın böyük şirkətləri öz səramayələrini Avropadan daha çox Çinə, Hindistana, Kanadaya, Şimali Amerikaya yönləndirir. AYTƏN SAKİTQIZI APA TV