“Avroviziya-2020” koronavirusa görə təxirə salındı
“Avroviziya-2020” mahnı müsabiqəsi koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.
APA TV-nin xəbərinə görə, bununla bağlı “Avroviziya”nın rəsmi “Facebook” hesabında bildirilib.
Qeyd olunub ki, müsabiqənin gələn il Niderlandın Rotterdam şəhərində keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision-2020” mahnı müsabiqəsində Azərbaycanı Samirə Əfəndi təmsil edəcəkdi.