Avstraliyanın General-Qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

APA xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.

 

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək”.

Müəllif | Apa.Tv
Apa.tv