Avtobus piyadanı vurdu

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə şəhərin Sülh küçəsində baş verib. Yolu keçmək istəyən Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Firəngiz Süleymanovanı marşrut avtobusu vurub. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv