Avtobuslarda 40 nəfərin cibini soyan keçmiş məhkum yaxalandı
Xətaidə avtobuslarda cibgirliklə məşğul olan keçmiş məhkum saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81, 12, 46 və digər xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.
O, ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə qırxa yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.