Avtobusun partladılması nəticəsində 14 hərbçi öldü - 1 dəqiqə 10 xəbər 03:00 buraxılışı

Suriyada avtobusun partladılması nəticəsində 14 hərbçi ölüb.

Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb.

İran yük maşınlarının Qarabağa getməsini qadağan edən qərar qəbul edib.

Azərbaycanda taksi istifadəçilərinin sayı kəskin artıb.

Bəsitçay Qoruğunun fəaliyyəti bərpa edilir.

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpası günü qeyd edilib.

Fransada başı kəsilmiş kişi meyiti tapılıb.

Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib.

Hindistan ölkəyə gələn əcnəbilər üçün yeni qaydalar tətbiq edib.

Türkiyədə  koronavirusdan 214 nəfər ölüb.

Müəllif | Apa.Tv
Apa.tv