Avtomobil 34 yaşlı piyadanı vurub öldürdü - GORANBOYDA

 

Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən kənd sakini, 34 yaşlı Rauf Ramiz oğlu Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv