Avtomobil ağaca çırpılıb, ölən var

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi "BMW" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ölüb.

İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv