Avtomobil ağaca və işıq dirəyinə çırpıldı – XƏSARƏT ALAN VAR

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

APA TV-nin xəbərinə görə, avtoqəza Vaqif prospektində baş verib.

Dədə Qorqud parkının yaxınlığında, metronun "Gənclik" stansiyası istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca və işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil deformasiyaya uğrayıb. Sürücü ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv