Avtomobil aşdı, xəsarət alanlar var

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Ağacanlı kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Bakı sakinləri, 1996-cı il təvəllüdlü Abıyev Əli Eynulla oğlu, 1994-cü il təvəllüdlü Rusullayev Namiq Asif oğlu və 1996-cı il təvəllüdlü Məmmədov Sahib Eldar oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv