Avtomobil, ov tüfəngi, təhlükəsizlik kamerası və pul oğurlayan şəxslər saxlanıldı

Abşeron rayon polis idarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən şəxsləri saxlayıblar.

 

Həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı Masazır kəndi ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən əvvələrdə məhkum olunan 33 yaşlı Amil Dadaşov saxlanılıb. İstintaq  zamanı onun Masazır kəndində 2 ədəd ov  tüfəngi və evlərdən pul götürdüyü də  məlum olub.

 

 

AMİL DADAŞOV- SAXLANILAN ŞƏXS

 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti  əməliyyatla, Hökməli dairəsi adlanan əraziyə yaxın Çiçək qəsəbəsində bir obyektdən oğurluq edən , Şirvan şəhər sakini 27 yaşlı Cavidan Quliyev tutulub. Onun həmin obyektdən  bir neçə təhlükəsizlik kamerası və bir ədəd Noutbok apardığı məlum olub.

 

CAVİDAN QULİYEV- SAXLANILAN ŞƏXS

 

Hər iki faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv