Avtomobil piyada nişanına çırpılıb, iki nəfər xəsarət aldı - BAKIDA
Bakının Nərimanov rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
APA Tv xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib.
"Opel" markalı avtomobil idarəetmədən çıxaraq piyada nişanına çırpılıb. Avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.