Avtomobil piyadanı vuraraq öldürdü - OĞUZDA
Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı, 99 DS 224 dövlət nömrəli minik avtomobili rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Abdurahman oğlu Tahirovu vurub.
57 yaşlı Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.