Avtomobil piyadanı vuraraq öldürdü - XIRDALANDA
Bakı-Sumqayıt yolunda, Xırdalan şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Müzəffər adlı sürücü idarə etdiyi "Daewoo Gentra" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub. Yaralı hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ü.Vəliyev Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyən Mehdi Vəliyevin oğludur.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.