Avtomobil piyadanı vurdu - GƏNCƏDƏ
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Göygöl rayon sakini, 1973-cü il təvəllüdlü Elxan Hacıəhməd oğlu Abbasov yolu keçmək istəyən zaman onu "VAZ 2107" markalı avtomaşın vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstsəxananın Reanimasiya şöbəsinə yerləşdirilən kişinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.