Bakının mərkəzində dəhşətli qəza: 1 ölü, 3 yaralı

 

Bakıda ağır yol qəzası baş verib.

APA TV-nin məlumatına görə, hadisə Bayıl şosesində qeydə alınıb.

Namiq Soltanovun idarə etdiyi “Mercedes” markalı minik maşını “Azneft” dairəsinin yaxınlığında idarəetmədən çıxıb və işıq dirəyinə çırpılıb.

Zərbənin gücündən əks hərəkət zolağına çıxan nəqliyyat vasitəsi 1990-cı il təvəllüdlü Şirəliyev Anar İlham oğlunun idarə etdiyi “VAZ 2109” markalı minik maşını ilə toqquşub.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü Namiq Soltanov hadisə yerində ölüb, "VAZ 2109"un sürücüsü və avtomobillərdə olan sərnişinlər - 18 yaşlı Abdullayeva Rəfiqə Münasib qızı və 1983-cü il təvəllüdlü Mövsumov Mirzə Həsənağa oğlu isə xəsarət alıblar.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv