12 yaşlı uşağı xilas etmək mümkün olmadı: LƏNKƏRANDA PİYADA ÖLÜMÜ

Lənkəranda avtomobil 12 yaşlı uşağı vurub.

APA TV-nin məlumata görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində, "Su səkkiz" kimi tanınan ərazidə, 2007-ci il təvəllüdlü Nihad Çingiz oğlu Kazımzadə yolu keçmək istəyərkən baş verib. Nərimanabad qəsəbə sakini Mirəziz Abıyev idarə etdiyi avtomobillə uşağı vurub. O, yaralını xəstəxanaya çatdırmaq istəsə də, uşaq yolda dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv