Qardaşı ilə evə gedən yeniyetməni maşın vurub öldürdü - LƏNKƏRANDA FACİƏ
Lənkəranda avtomobilin vurduğu 14 yaşlı oğlan ölüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 27-də rayonun Girdəni kəndində qeydə alınıb.
Fuad Səməd oğlu Bədəlov "Hyundai" markalı avtomobillə yolu keçmək istəyən kənd sakini, 2005-ci il təvəllüdlü Yunis Mirdavud oğlu Quliyevi vurub.
Həmin vaxt yeniyetmə qardaşı ilə kənd mağazasından çıxıb evə getmək istəyib.
Ağır yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, lakin xəsarətləri ciddi olduğundan keçinib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.