Avtomobil yoldan çıxaraq arakəsməyə çırpıldı - ABŞERONDA
Abşeron rayonunda avtomobil yoldan çıxaraq arakəsməyə çırpılıb.
APA TV-nin məlumatına görə, hadisə Novxanı-Masazır avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini arakəsməyə çırpıb. Nəticədə sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.