Aeroport yolunda maşın aşdı - YARALILAR VAR
Bakıda avtomobil aşıb.
APA TV-nin məlumatına görə, avtoqəza aeroport şosesində qeydə alınıb.
1994-cü il təvəllüdlü İbrahim Kazımovun idarə etdiyi "VAZ 2115" markalı avtomobilinin təkəri partlayıb.
Nəticədə nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və onun üç sərnişini xəsarət alıb.
Yaralılardan sürücü və 1992-ci il təvəllüdlü Ülvi Orucov xəstəxanaya yerləşdirilib. Digər iki nəfərə isə yerində ambulator tibbi yardım göstərilib.
Araşdırma aparılır.