Avtomobilin vurduğu piyada ağır xəsarət alıb
Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
APA TV-nin məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan Qax rayon sakini idarə etdiyi “Opel” markalı minik avtomobili ilə yolu keçmək istəyən rayon sakini, 57 yaşlı Arif Abdullayevi vurub. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.