Avtomobilin vurduğu piyada öldü - SAATLIDA
Saatlıda avtomobilin vurduğu piyada ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonuin mərkəzində qeydə alınıb.
Mərkəzi xəstəxananın yaxınlığında “Mercedes” markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Nicat Paşa oğlunu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.