Avtomobilin vurduğu piyada xəstəxanada öldü - İMİŞLİDƏ
İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndində baş verib.
Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən İmişli rayonu Cəfərli kənd sakini, 1957-ci il təvəllüdlü Yaqub Əliyevi vurub.
Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.