Bakıda “Lexus” iki maşını əzdi - SÜRÜCÜ QAÇDI

Bakıda avtoqəza baş verib.

APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.


Yüksək sürətlə idarə olunan "Lexus" markalı avtomobil əvvəlcə "Opel" markalı avtomobilə, sonra "Hyundai" markalı minik maşınına çırpılıb.

Nəticədə xəsarət alan “Hyundai”nin sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən "Lexus"un sürücüsü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv