Avtoxuliqanlıq edən sürücülər saxlanılıb - BAKIDA

 

Gecə saatlarında şəhərin sükutunu pozan “Vaz-2107” markalı avtomobilin sürücüsü olub. Ona Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxla əmri verilib. Sürücü isə əmrə məhəl qoymayıb.

Nəqliyyat vasitəsini yüksək sürətlə Həsən bəy Zərdabi küçəsində idarə etməyə başlayıb. Bu azmış kimi dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib.

 Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində yol patrul xidmətinin əməkdaşları tərəfindən yaradılan süni tıxac vasitəsilə saxlanılıb. 

 

Sürücü Yasamal rayon Polis İdarəsinin  27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur. O bir müddət əvvəl sürücülük hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

 

Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını kobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə saxla əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomobili saxlaya bilib.

Sürücü heç bir sənədə təqdim etməyib. O inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki,  yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək

Müəllif | Apa.Tv
Apa.tv