Avtoxuliqanlıq edib videoya çəkən qaziyə polis “sürprizi”
Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Şöbədən verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, vətəndaşların haqlı narazılığına səbəb olub.
Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili cərimə meydançasına aparılıb və özü isə inzibati məsuliyyətə cəlb olunub.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.
Fuad Nazimoğlu Mehdi Məmmədov APA TV Gəncə