Aygün Attar: “Zəngəzur dəhlizinin açılması vacib məsələdir”

“Azərbaycan Prezidentinin açıqlamaları ilə biz 44 günlük müharibənin gerçək tərəfini təhlil edən dövlət rəhbərini dinləmiş olduq. Azərbaycan Qarabağ məsələsini həll etdi”.

 

Bu fikirləri Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar APA TV-nin suallarını cavablandırarkən deyib.

 

“Azərbaycan lideri bununla kifayətlənmədi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3+3 platforması layihəsini dəstəklədiyini söylədi. Eyni zamanda, bundan sonra Cənubi Qafqazda sülh və sabitliyi təmin edən diplomatik addımlar atmağa hazır olduğunu bildirdi".

 

Aygün Attar həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması vacib məsələdir:

 

"Mustafa Kamal Atatürk 1921-ci ildə Naxçıvanla Azərbaycanın quru yolla əlaqəsinin olmasının əhəmiyyətindən danışmışdı. İqtisadi-siyasi cəhətdən Zəngəzur dəhlizinin açılması vacib məsələdir. Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyub. Qars anlaşması Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan siyasətçilərinin dediyi müasir beynəlxalq hüquqa cavab verir”.

 

O xatırladıb ki, Azərbaycan və Türkiyə dövlət başçıları “Şuşa Bəyannaməsi”ni Qars anlaşmasının verdiyi imkanlarla imzaladıqlarını deyiblər. Çünki 1921-ci ilin dekabrın 13-də imzalanan sənədlə Ermənistan, qonşularına qarşı torpaq iddialarından əl çəkdiyini bildirmişdi.

 

 

Sevinc Vaqifqızı,

Samir Qaragözov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv