Ayrı-ayrı vətəndaşlara 5 min manat ziyan vuran keçmiş məhkumlar tutuldu

İmişlidə oğurluq edən şəxslər saxlanılıb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bir qrup rayon sakini Polis Şöbəsinə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər də məhkum edilmiş İlkin Əliyev və Taleh Aşurov yaxalanıb.

 

Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.

 

Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv