Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib – APA TV
“Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”. Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan XİN-in iddialarına cavab verərkən deyib. “Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” deyə diplomat bildirib.