Az bal yığan məktəbli özünü binadan atdı
Abşeronda 11-ci sinif şagirdi intihar edib. Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılıb. Məlumata görə, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İslamov Elşən Xalid oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq intihar edib.
İddialara görə, intihara səbəb Elşənin imtahandan az bal toplaması olub.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcək.