Azərbaycan 8 kəndi qaytarmaq üçün güc tətbiq edəcək? – “Beynəlxalq hüquq izn verir”

1990-cı il martın 24-də erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanis Ayrıma hücum ediblər. Məhz azərbaycanlı olduqlarına görə üçü qadın, biri 39 günlük körpə olmaqla, 10 nəfər ağlasığmaz işgəncələr verilməklə xüsusi amansızlıqla öldürülüb, iki şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Eyni zamanda, 12 yaşayış evi qarət edilərək yandırılıb, eləcə də 438 nəfər kənd sakini beynəlxalq hüquq normaları və Azərbaycanın qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıblar. Cinayət işinin istintaqı zamanı konkret olaraq Bağanis-Ayrım soyqırımı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 18 şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul olunub. Həmin şəxslər barəsində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və onların axtarışlarının təmin edilməsi üçün sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib. Hər halda, Qarabağda əli günahsız azərbaycanlıların qanına batmış bəzi ermənilər hazırda Bakıda həbsdədir. Bağanis-Ayrım qəliamında günahı olanlar da bir gün cəzalanacaq. Qeyd edək ki, Bağanıs Ayrım tarixə ermənilər tərəfindən ilk işğal edilmiş və yandırılmış kənd kimi daxil olub. Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan da Qazaxın erməni işğalında olan kəndlərinin Azərbaycana məxsus olduğunu etiraf edib. Əziz Əlibəyli bildirib ki, Ermənistan 3 ildə 2 dəfə kapitulyasiyaya uğrayıb. Üçüncü kapitulyasiyanı yaşamamaq üçün ermənilər işğalda saxladığı Azərbaycan kəndlərindən könüllü çıxmalıdır. Siyasi şərhçinin fikrincə, Azərbaycan Paşinyana vaxt verib. Zaman dolduqda isə Ermənistan hərbçiləri 8 kəndi tərk etməlidir. Sonda qeyd edək ki, erməni quldurları Bağanis-Ayrım qəliamından sonra Qazaxın daha 6 kəndini - Xeyrimli, Aşağı Əskipara, Sofulu, Bərxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal ediblər. Hazırda Qazaxın yeddi və Naxçıvanın Kərki kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır.

Müəllif | Apa.Tv
Apa.tv