Azərbaycan Avropanı yaşıl enerji ilə təmin edəcək: - Ölkənin nüfuzu artır
Dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər. Mərasimin plenar iclasında çıxış edən ölkə başçısı Prezident İlham Əliyev sazişin əhəmiyyətindən, eləcə də Azərbaycanın yaşıl enerji sahəsindəki inkişafı ilə bağlı məlumat verib.