Azərbaycan bütün Ermənistana nəzarət edəcək? – Haçalı iqtidarın xaçlı müxalifəti - APA TV
Bakı ilə İrəvan arasında delimitasiyaya və sülh danışıqlarına görə etiraza başlayan Ermənistan kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın paytaxt İrəvana doğru “Tavuş – Vətən Uğrunda” adlı yürüşə başlayıb. O, jurnaslistlərə açıqlamasında bütün ermənilərin katolikosunun xeyir-duası ilə hərəkət etdiyini də etiraf edib. Onun etiraz yürüşünü digər kilsə rəhbəri Mikael Adjapaxyan da dəstəkləyib. Keşiş vurğulayıb ki, hakimiyyət erməni xalqını aşağılayır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini icra etmiş polkovnik Mikael Ambartsumyan Tavuş yeparxiyasının yürüşü dəstəklədiyini öz sosial şəbəkə hesabından bəyan edib. O, sakinləri aksiyada fəal işitiraka çağırıb. Siyasilərin fikrincə, keşişlərin məqsədi bölgələrdən tərəfdarlar toplayaraq, onları İrəvana gətirmək və Paşinyana təzyiq etmək, mümkün istefasına nail olmaqdır. Amma yerli mediada paylaşılan görüntülərdə görünən odur ki, ermənilər kilsənin başlatdığı yürüşə qoşulmqda maraqlı deyil. Bildirilir ki, hətta yürüşün istiqamətində tərəfdarların sayının çox olmasının göstərilməsi üçün süni tıxaclar da yaradılır. Digər iddialara görə isə, hakimiyyət də keşişlərin yürüşlərində öz maraqlarını güdərək polislərin dəstəyi ilə yollarda tıxac yaradaraq hərəkəti iflic edir.
Bunlara rəğmən, bir sual aktuallığını qoruyur: Görəsən, kilsə hakimiyyəti ələ keçirə biləcəkmi? Məsələ ilə bağlı açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, revanşistlər kilsənin dəstəyi ilə əldə olunan danışıqları pozmaq üçün əllərindən gələn bütün təxribatları törətməyə çalşırlar. O vurğulayıb ki, Ermənistanda bəzi siyasilərlə yanaşı, kilsə də, işğalı, qəsbkarlığı və neofaşizmi dəstəkləyir. Bəs görəsən, hakimiyyətə qarşı artan siyasi təzyiqlərin fonunda Paşinyan istefa verəcəkmi? Jurnalistlərin suallarını cavablandıran parlamentin sədri Alen Simonyan bildirib ki, Ermənistanda hakimiyyət yalnız 2026-cı ildə seçki yolu ilə dəyişə bilər. O vurğulayıb ki, xalq 2018-ci ildə seçdiyi hakimiyyətə olan münasibətini 2021-ci ildə yenidən onu dəstəkləməklə ifadə edib.
Paşinyan hazırda erməni kilsəsi, “Qarabağ klanı”, erməni diasporu, hakimiyyətindəki paralel hökumət və alternativ müxalifətlə mübarizə aparmaq məcburiyyətindədir. Hazırkı ssenari Ermənistanda siyasi sferada qarşıdurmanı dərinləşdirmək və eləcə də ölkə boyu xaos yaradaraq idarəçiliyi ələ keçirməyə xidmət edir. Ermənistanın keçmiş obdusmanının fikrincə isə Paşinyan və onun hakimiyyəti minalanmış əraziləri təmizləyərək, hissə-hissə Azərbaycana təhvil verir. O bu barədə öz sosial şəbəkə hesabında yazıb. Qeyd edib ki, bu gedişatla Azərbaycana bütün Ermənistana nəzarəti ələ keçirəcək. Fuad Sadıqov APA TV