12:55 24 noyabr 2021 385
Ana səhifə Xəbərlər

Azərbaycan çempionu faciəli şəkildə öldü

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

 

"Fiat" markalı avtomobilin sürücüsü, polis əməkdaşı Emin Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi mağazalardan birinə çırpılıb. Qəza zamanı Emin Əliyev xəsarət alıb, digər polis əməkdaşı Renat Əliyev isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.

 

Avtomobil Mühafizə Polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, faciəli şəkildə həyatını itirən Renat Əliyev pauerliftinq idman növü ilə peşəkar məşğul olub, Azərbaycan çempionu adını qazanıb.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın