Azərbaycan dili ilə bağlı yeni təkliflər var – Yazıçı və deputatlar DANIŞDI

 Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunun ikinci günü başlayıb. Tədbirdə ölkənin tanınmış ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları iştirak edib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun ikinci günündə teatr və kinonun ədəbiyyatla əlaqəsinə, həmçinin Azərbaycanda uşaq ədəbiyyatının hazırkı durumuna dair panel müzakirələri olub. Müzakirələr zamanı görülən işlər və çatışmazlıqlar müzakirə edildi. Forumda hər paneldən sonra müzakirəyə çıxarılan mövzular üzrə diskussiya aparıldı, fikir və təkliflər dinlənildi. Qeyd edək ki, "Azərbaycan dili və Ədəbiyyatı" Forumunun açılışı Şamaxı şəhərində olub. Forumun bağlanış mərasimi sentyabrın 3-də olacaq AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv