Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlanıb.
APA TV-nin Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumatına görə, ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.