Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib – APA TV

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası başa çatıb.

Tərəflərin 6-ci görüşü Qazaxda keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Qeyd edək ki, tərəflər sonuncu dəfə ötən ilin 30 noyabr tarixində görüşüblər.

Müəllif | Apa.Tv
Apa.tv