Azərbaycan əsgəri səngərdən götürüb çıxdığı bayrağı sərhəd dirəyinə necə sancdı?
Azərbaycan Silahlı Qüvvələrinin Ali baş Komandanı İlham Əliyevin döyüş əmri ilə başlayan əks-hücum əməliyyatı Vətən müharibəsi kimi tarixə düşdü. Uzun illərdir torpaqları işğal altında olan bir ordunun apardığı haqq savaşı qələbə ilə sona çatdı.
Müdafiə Nazirliyinin bir qrup Vətən Müharibəsi iştirakçısı Zəngilanın işğaldan azad olunmasının il dönümü ərəfəsində azad Zəngilana səfər edib. Səfər iştirakçıları arasında Vətən Müharibəsi iştirakçısı, artilleriyaçı zabit Gündüz Əli də, var idi.
Hərbçi zabit deyir ki, müharibə zamanı biz bir neçə istiqamətdə gedən döyüşlərə artilleriya dəstəyi verirdik.
Gündüz Əli düşmənin qruplaşmalarını, mövqelərini məhv edən, müdafiə sədlərini dağıdan, canlı qüvvəsini məhv edən yüzlərlə artilleriyaçılarımızdan sadəcə biridir. O, deyir ki, müharibənin ən qızğın vaxtında bəzən düşmənin onlarla hədəfinin koordinatları eyni vaxtda verilib.
Bəli müxtəlif döyüş qoşun növləri kimi Artilleriyaçılarımıza da, verilən döyüş əmrləri yüksək dəqiqliklə yerinə yetirirdi. Bunun nəticəsidir ki, Azərbaycan əsgəri səngərdən götürüb çıxdığı bayrağı sərhəd dirəyinə sancdı.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV, Zəngilan