Azərbaycan-İran sərhədində atışma olub – ÖLƏN VAR

Azərbaycan-İran sərhədində atışma olub.

 

DSX-nın mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı xid­məti ərazisində 3 nəfər naməlum şəxsin sərhədi pozaraq İrandan ölkəmizə keçmək istədiyi aşkar olunub.

 

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

 

Sərhəd naryadı tərəfindən qanunauyğun olaraq silah tətbiq olun­ub və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar.

 

Yaralanan sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olma­yıb.

 

Hadisə yerindən isə ümumi çəkisi 2 kiloqram həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir.

 

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunub, hadisə yerində görüş keçirilib.

 

Hazırda hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv