“Azərbaycan ikili standartların hədəfidir”

44 günlük Vətən Müharibəsi dövründə dünya hərb tarixində yeniliklər edən ordumuzun uğurları hələ də beynəlxalq hərbi araşdırma mərkəzlərində müzakirə edilməkdədir. Üstəlik Azərbaycanın yeniliyi döyüşlərdə ağır texnikadan istifadə məsələsini gündəmə gətirdi və onun səmərəliliyi məsələsinə yenidən baxılmasını zəruri edib.

 ABŞ-ın "The Drive" nəşri yazır ki, Qarabağda gedən müharibə zamanı Ermənistanın hərbi texnikalarılnın 100-ə yaxın tankları kütləvi şəkildə məhv ediliblər. Əlavə edilib ki, bu ağır texnikalar "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən buraxılan MAM-L və MAM-C lazer başlıqlı raketləri ilə, "Harop" və digər kamikadze-dronlar, o cümlədən İsrail istehsalı olan "Spike" və "Spike NLOS" tank əleyhinə yüksək dəqiqlikli raketləri ilə sıradan çıxarılıblar.

Bir çox hərbi ekspertlər 44 günlük müharibədə Ermənistanın hərbi texnikalarının 80 faizinin Azərbaycan ordusu tərəfindən darmadağın edildiyi də qeyd edirlər.

ABŞ-ın “Foreign Policy” jurnalı isə ABŞ ordusu Asimmetrik Hərbi Qrupunun başçısı olmuş polkovnik Skot Şounun fikirlərini dərc edib. Belə ki, o pilotsuz uçan aparatlarını "hava tankları" ifadəsi ilə qarşılaşdırıb. SİTAT : “Dağıdıcı zərbə vura bilən uçan zirehli aparatların məhv edilməsi çətinləşdikcə yerdəki əsgərlərin öldürülməsi daha da asanlaşır və döyüş meydanı qarovulu ucuzlaşır. “Dağlıq Qarabağ müharibəsinin görüntülərini saatlarla araşdırdıqdan sonra ABŞ ordusu silahlı pilotsuz uçan aparatlarla bağlı təlimləri artırmağı qərara alıb” – deyə, polkovnik Skot Şou qeyd edib. 

Analitiklərin Qarabağla bağlı açıqlamalarında aydın görünür ki, Azərbaycanın Bayraktarlar, kamikadze dronlar (Harop) və Spike raketlərdən istifadə etməsi, hərbi sahədə bu yeniliyin dünyanın hərbi akademiyalarında öyrənilməyə başlanılıb.

Xatırladaq ki, bu gün davam edən Rusiya-Ukrayna müharibəsində də Kiyev hökumətinin sosial şəbəkələrdə yaydığı videogörüntülərdən məlum olur ki, Ukrayna ordusu Bayraktar TB-2 PUAlarından aktiv istifadə edir. Əks tərəfin hərbi texnikaları, mövqeləri və eləcə də hərbi kolonları əsas olaraq Türkiyə istehsallı Bayraktar TB -2 dronlarından istifadə edilərək məhv edilir.

“Washington Post” qəzetinin yazdığı məqaləyə görə Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qalib gəlməsində payı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (TB2) Ukrayna üçün ilhamvericidir.

Nəşr qeyd edir ki, İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) Ukrayna ordusunun arsenalında mühüm yer tutur.

Bu bir daha onun göstəricisidir ki, 44 günlük Vətən müharibəmiz dünya hərbi mərkəzləri, aparıcı ölkələrin hərbi strukturları, eləcə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən diqqətlə öyrənilir, müasir hərb tarixində uğurlu döyüş taktikası kimi qəbul edilərək tətbiq edilir.

Maraqlıdır ki, 44 günlük müharibə dövründə erməni lobbilərindən maliyyələşən bəzi Qərb mediaları Qarabağda yazdığımız şanlı dastanımızı, o cümlədən Bayraktar TB-2-lərdən aktiv istifadələrimizi “türklərin şeytanlığı” və “Ərdoğanın ölüm silahı” kimi fikirlərlə dərc edilirdisə, indi isə “Bayraktarlar”ı “Avropanın xilaskarı” kimi təqdim edirlər.

Xatırladaq ki, ötən həftə Almaniyanın nüfuzlu "Bild" nəşri Ukrayna müharibəsində "Bayraktar"-a "Ümidlərin silahı" adlı yazı yazmışdı. Hansı ki, adıçəkilən dərgi Qarabağ müharibəsində Türkiyə dronlarına "Erdoğanın qatil dronu" adlı yazı yazmışdı.

Qərb mediasının qərəzli şərhləri nədənsə bu dəfə yerini etiraflara verib.

APA TV-yə açıqlamasında deputat Aydın Hüseynov qeyd edib ki, Azərbaycana qarşı ikili standartlar hər zaman olub.

Aydın Hüseynov qeyd edib ki, Azərbaycan öz haqq mübarizəsini aparaq öz torpaqlarını düşməndən azad etdi, həm haqqın-ədalətin bərpasını təmin etdi. BMT-nin 4 qətnaməsini təmin etmiş etmiş oldu.

Onun sözlərinə görə müasir hərb tarixindı, Vətən Müharibəsi eyni zamanda yeni səhifə açdı. Çünki,  bu gün Azərbaycanın apardığı müharibənin texnologiyaları öyrənilir.

Depuat hesab edir ki, bu bir daha onu göstərir ki, Ordumuz öz torpaqlarının azad olunmasında müasir texnologiyalardan istifadə etməsi eyni zamanda ölkənin iqtisadi inkişafının göstəricisidir. Digər tərəfdən Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq münasibətləri bir daha onu göstərir ki, 2 ölkə daimi bir yerdədir və düşmənə qarşı biregə mübarizə aparırlar.

Deputat Aydın Hüseynov onu da bildirib ki, Avropadakı qərəzli mediaların 44 günlük müharibə dövründə odumuzun “Bayraktar”lardan istifadəsinə “Ərdoğanın ölüm silahı” Ukraynadakı “Bayraktar”lardan istifadəyə isə Avropanın xilaskarı adlandırılmaqla  məntiqlərində yanılmış olduqlarını özləri sübut etmiş oldular.

 

Fuad Sadıqov

APA TV

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv