"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsindən azad edildi

Əhməd Cuma oğlu Əhmədzadə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.

 

Müəllif | Apa.Tv
Apa.tv