Azərbaycan MN: Su-25 təyyarəmiz vurulmayıb

 

Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Müəllif | Apa.Tv
Apa.tv