Azərbaycan Ordusunun əsgəri həlak oldu

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib. Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv