Azərbaycan ordusunun hərbçisi qar uçqununda həlak oldu
Azərbaycan ordusunun hərbçisi qar uçqununda qalaraq vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Həlak olan şəxs Gədəbəy rayonu, Qalakənd kənd sakini, müddətdən artıq hərbi qulluqçu Hüseynov Savalan Bəxtiyar oğludur. O, bu gün dəfn ediləcək. S.Hüseynovun 3 azyaşlı övladı var.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.