Azərbaycan Ordusunun mayoru VƏFAT ETDİ

Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlu yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat edib.

 

Bu barədə APA TV-ya Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv